04 06.2016
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü - Avrasiya Hospital!
İyunun 1-də Avrasiya Hospital, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə növbəti xeyriyyə kampaniyası olaraq, ödənişsiz göz müayinələri, poliklinik şöbədə pulsuz həkim qəbulları və imkansız ailələr üçün təmənnasız sünnət aksiyaları həyata keçirdi. Bu kampaniyaların reallaşdırılmasında Avrasiya Hospital rəhbərliyinə, peşəkar həkimlərimizə və zəhməti keçən Hospital kollektivimizə xüsusi minnətdarlığımızı bildiririk!
Məqsədimiz uşaqları sevindirmək, valideynlərə dəstək olmaq və xəstələri sağlamlığa qovuşdurmaqdır!