• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Avrasiya Hospitalın Professor, Tibb Elmləri Doktoru - Kardioloq MURADƏLİ BAXŞIYEV!

Bütün dünyada olduğu kimi ölkəmizdə də ürək - damar sistemi xəstəlikləri son zamanlar insanlar arasında ən çox təsadüf olunan xəstəlik olaraq qeyd edilir. Ürək xəstəlikləri əvvəllər, daha çox yaşlı və orta nəslin nümayəndələrində təsadüf olunurdusa, dövrümüzdə həmçinin gənclər arasında sıxlıqla müşahidə olunmaqdadır.

Avrasiya Hospital Kardiologiya şöbəsinin Professoru, Tibb Elmləri Doktoru Kardioloq Muradəli Baxşıyev tərəfindən ürək xəstəliyindən əziyyət çəkən xəstələr üçün gərəkli müayinələrin müəyyən edilməsi, doğru diaqnozun qoyulması və effektiv müalicənin tətbiq edilməsi ilə xəstəlik tez müddətdə aradan qalxır, xəstə səhhətində mühüm irəliləyişlər hiss edir və sağlamlığa qovuşur. 

Prof.Muradəli Baxşıyev Namizədlik dissertasiyasını 1986 (PhD), doktorluq dissertasiyasını – 1997 ildə A.L. Myasnikov adina Klinik Kardiologiya İnstitutunda müdafiə etmişdir (SciD). Doktorluq diplomunu Azərbaycan respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiyası – 2004 ildə, Professor elmi adını 2007-ci ildə almışdır. Bir neçə xarici kardioloji cəmiyyətlərin üzvüdür: Avropa Kardioloji Cəmiyyətin (ESC Fellowship), Türkiyyə Kardioloji Dərnəyin, Rusiya Kardioloji Cəmiyyətinin, Rusiya Doppler Klubunun və s. Hər il müntəzəm olaraq müxtəlif avropa və dünya kardioloji forum və konqreslərinin fəal iştirakçısı və məruzəçisi olur. 

Hal-hazırda Azərbaycan Tibb Universitetinin 1-ci daxili xəstəliklər və reanimatologiya kafedrasının professoru və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının kardioloji funksional diaqnostika şöbəsinin müdiri vəzifələrində çalışır. Azərbaycan Tibb Assosiasiyasının İdarə Heyətinin üzvü və ixtisas üzrə dərnəklər şurasının sədridir, Azərbaycan Tibb Universitetinin dissertasiya müdafiəsi şurasının üzvü, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvüdür, Azərbaycan respublikası Səhiyyə nazirliyinin həkimlər və orta tibb personalın sertifikasiya və attestasiya komissiyasının sədr müavinidir.
Maraqlandığı elmi sahələr: ürək çatışmazlığı, aritmiyalar, arterial hipertenziyalar, ürəyin işemik xəstəliyi, kardiomopatiyalar, kardioloji funksional diaqnostika.
100-dən çox elmi məqalələrin, o cümlədən 2 monoqrafiya və 1 dərs vəsaitinin müəllifidir.

Əlaqə: 1116

Mobil və Whatsapp:(+99455) 979-01-01 

Facebook: www.fb.com/hospital.avrasiya

Instagram: @avrasiya_hospital

www.avrasiya.az

Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15. 

 


    


7399