• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Vaxtında eynək ehtiyacı təmin olunmayan uşaqların GÖZ TƏNBƏLLİYİ - AMBLİOPİYA!

Türkiyə, Gazi Universiteti Tibb Fakultəsi - Göz xəstəlikləri üzrə Uzmanlıq dərəcəsinə yüksəlmiş Dr.Şahin Novruzlunun bildirdiyinə əsasən Ambliopiya - Uşaqlığın erkən dövründə normal görmə inkişafının başa çatmamasıdır. Müxtəlif səbəblərdən (çəpgözlük, qırma qüsürları, katarakta, ptozis və.s) əmələ gəlir ki, ən əsas səbəbi valideynlər tərəfindən də hiss olunmayan gözün qırma qüsürları yəni eynək ehtiyacıdır. Əksər hallarda iki göz arasındakı eynək nömrələri də fərqli olur yaxşı görən göz inkişafını davam etdirir, digər göz isə tənbəl qalır.

Vaxtında eynək ehtiyacı təmin olunmayan uşaqların gözü tənbəl qalır. Görmə inkişafının 9-11 yaşlarında başa çatdığını nəzərə alsaq, bu dövrə qədər ambliopiyanın diaqnozunun qoyulması və müalicəyə başlanması vacibdir. Müalicə nə qədər erkən yaşda başlanılarsa nəticə də bir o qədər yaxşı olur. Bunun üçün də uşaqların erkən yaşda göz müayinəsindən keçməsi məsləhətdir.

Uzman Oftalmoloq Dr.Şahin Novruzlunun qəbuluna yazılmaq üçün,

Əlaqə: 1116
Mobil və Whatsapp:(+99455) 979-01-01
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15


2721