17 09.2016
QURBAN BAYRAMI münasibətilə Oftalmologiya şöbəsi Əməliyyat Endirim Kampaniyası uğurla baş tutdu!
QURBAN BAYRAMI münasibətilə sentyabrın 15-i və 16-sı AVRASİYA HOSPİTAL OFTALMOLOGİYA şöbəsində Mirvari suyu (Katarakta) əməliyyatı Endirim Kampaniyası uğurla baş tutmuşdur.Çox sayda müraciət edən xəstələrin sağlamlıqlarını yenidən bərpa etməsi səbəbilə Uzman Cərrah - Oftalmoloq Dr.Şahin Novruzlu, Tibb elmləri namizədi Cərrah - Oftalmoloq Dr.Rəşadət Qurbanov, Dr.Rəhimə Poluxova və Dr.Günel Abdulovaya dərin minnətdarlığımızı bildiririk. Müraciət edən xəstələrə yüksək səviyyəli əməliyyat xidməti göstərildikdən sonra hər biri tam sağlam formada evlərinə yola salınmış və Hospitalımıza xüsusi minnətdarlıqlarını bildirmişlər.