• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Ginekologiya şöbəsi Avrasiya Hospitalda!

Mamalıq - Ginekologiya bölümü, Qadın xəstəlikləri - Doğum sahələri üzrə Türkiyə  Qazi  Universitetindən mütəxəssislik qazanan Həkim Mama - Ginekoloq Dr.Nigar Əliyeva artıq Avrasiya Hospitalda sizlərin xidmətinizdədir. Dr.Nigar Əliyeva - Azərbaycan Səhiyyə Nazirliyi və eyni zamanda xarici ölkələrdə təşkil edilən Ginekoloji xəstəliklər, Hamiləlikdə aktual problemlər, Sonsuzluq  mövzularında beynəlxalq dərəcəli konfrans və simpoziumlarda iştirak edərək Mamalıq Ginekologiya sahəsi üzrə yüksək təcrübəsini sübut edən müxtəlif diplomlarla təltif edilmişdir. Bakterial vaginoz, Hamiləlik - Urogenital infeksiyalar və s. mövzularında bir çox elmi məqalələrin müəllifidir. 2006 - cı ildən indiyədək Qadın Məsləhətxanasında Həkim - Ginekoloq olaraq fəaliyyət göstərməkdədir.

Hal hazırda Ginekologiya şöbəmizdə - Qadınlarda kəskin və xroniki infeksion - iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.), endometriyanın polipləri, uşaqlıq borularının, yumurtalıqların və uşaqlığın özünün iltihabları, xoşxassəli şiş törəmələri, uşaqlığın mioması, yumurtalıq kistaları, cinsi yolla keçən infeksiyalar, zooinfeksiyalar, hamiləlik toksikozları, yumurtalıq polikistozu, uşaqlığın disfunksional qanaxmaları, uşaqlıq boynu eroziyaları, klimakterik nevroz və bir çox başqa mama-ginekoloji xəstəliklər Dr.Nigar Əliyeva tərəfindən müvəffəqiyyətlə müalicə olunur. Qəbul günləri ayın cüt günləri saat 14 00 - 17 00.

Qəbula yazılmaq üçün,

Əlaqə: 1116
Mobil və Whatsapp:(+99455) 979-01-01
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15

 


6451