• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

12 Noyabr - Azərbaycan Respublikası Konstitusiya günüdür!

Bu gün ölkəmizdə Azərbaycan Respublikası Konstitusiyası günü qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Ümumilli lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. 

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.


2026