Livedo reticularis xəstəliyi - 3 ay öncə və sağalma dövrü!
Uzman Revmatoloq Dr.Nərgiz Hüseynovanın müalicəsini həyata keçirdiyi bu xəstəlik barəsində verdiyi məlumata əsasən, LİVEDO RETİKULARİS termini - TORLU GÖY DƏRİNİN işarəsi üçün tətbiq edilir və görünüşcə dəridə balıqçı torunun toxunuşunu xatırladır. Adətən qızlar və gənc qadınlar bu xəstəlikdən əziyyət çəkirlər. Xəstəliyin yüngül hallarında temperatur enən vaxt dəri mərmərə bənzəyir, lakin mülayim havası olan mühitə keçdikdə normal görüntü alır.
Daha ağır hallarda dəridə torlu görüntü daimi olur, dərinin ləkəli olması soyuq olduqda isə daha çox nəzərə çarpır. Bəzi hallarda livedo reticularis orqanizmin hər hansı xəstəliyinin ilkin kliniki təzahürü olur. Məsələn, diffuz birləşdirici toxuma xəstəlikləri, təhlükəli qammapatiya, daxili sekresiyanın, polisitemiya, dərman dözülməzliyi, əsəb sisteminin xəstəlikləri.
Türkiyə Şahinbey Uygulama ve Araştırma Xəstəxanası, Gaziantep Tibb fakultəsindən Uzman, Revmatoloji xəstəliklər üzrə mütəxəssis Dr.Nərgiz Hüseynova Avrasiya Hospitalda Bütün növ Revmatoloji xəstəliklərin doğru diaqnozu və tam müalicəsini tətbiq etməkdədir. Qəbula yazılmaq üçün,
Əlaqə: 1116
Mobil və Whatsapp:(+99455) 979-01-01
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15