Uşaq Uroloji Uzmanı Prof.Orhan Ziylan 16-17 Dekabr Hospitalımızda!
Bir və ya hər iki xayanın xayalıqda olmamasına KRİPTORXİZM deyilir . Əgər xayalar xayalığa 1 yaşa kimi enməzsə, mütləq CƏRRAHİ ƏMƏLİYYAT məsləhətdir. Kriptorxizm tez-tez rast gələn anadangəlmə qüsurdur. Kriptorxizmə bəzən cinsiyyət üzvünün ağır ANOMALİYALARI (hipospadiya,epispadiya) ilə birlikdə rast gəlinir.Bu anomaliya vaxtında doğulan oğlan uşaqlarının 3-5%-ində, vaxtından əvvəl doğulan uşaqların isə 30-33% -ində rast gəlinir.
Kriptorxizmin aşağıdakı fəsadları mövcuddur:
1. Xayanın atrofiyası
2. Sonsuzluq (iki tərəfli kriptorxizm zamanı);
3. Xayanın bədxassəli şişə çevrilməsi;
Hipospadiya cinsiyyət üzvünün anadangəlmə qüsuru olub, sidik kanalının xarici dəliyinin öz yerində yerləşməməsidir. Hər 100-150 oğlan uşaqlarından birində hipospadiya müşahidə edilir. Hipospadiyanın tac şırımı formasına xalq arasında səhvən peyğəmbəri sünnəti deyilir. Qeyd etdiyimiz anomaliyalar gələcəkdə uşaqlarda ciddi fəsadlara yol açacaq sağlamlıq problemlərinə çevrilə bilər.
Türkiyə, Avropa, Amerika Pediatrik Urologiya Cəmiyyətlərinin gerçək üzvü, Uşaq Uroloji Uzmanı, Türkiyə İstanbul Tibb Fakültesi, Uroloji Anabilim Bölümündən Azərbaycana - yalnız Avrasiya Hospitala dəvətli Professor Orhan Ziylan 16 - 17 Dekabr tarixlərində xəstələrin müayinə və əməliyyyatlarını yerinə yetirəcək. Qəbula yazılmaq üçün aşağıda qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərsiniz.
Əlaqə: 1116
Mobil və Whatsapp:(+99455) 979-01-01
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15