12 12.2016
12 Dekabr - Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür!
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Bu dahi insan - xalqımızın milli iftixarı, ürəklərdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük şəxsiyyət!
Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə dəfələrlə çətin sınaqlardan çıxmışdır.
Azərbaycan xalqı bu günü dərin hüznlə anmaqdadır.