• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Uşaqların Göz müayinəsində yeni bir yöntəm-PLUSOPTİX cihazı Avrasiya Hospitalda!

Uşaqların göz müayinələrində müəyyən yaş həddi yoxdur. Yetkinlərdə rastlanan göz təzyiqi, göz zəifliyi (miopa, astiqmatizm, qırma qüsurları və s.), katarakta, cəpgözlük kimi göz xəstəlikləri müxtəlif formalarda uşaqlarda da təzahür edir. Göz tənbəlliyi və cəpgözlük, daha sıx rast gəlinən xəstəliklərdəndir.  

    Uşaqlar həkimdən və ya müayinə cihazlarında qorxa bilər. O səbəbdən ən gözəl metod Hospitalımızda mövcud olan PLUSOPTİX yöntəmidir. BU CİHAZ uşağa 1 metr məsafədən görmə zəifliyi və çəplik ölçülərini göstərərək göz həkiminə, müayinə edilən uşağın göz sağlığı durumu ilə bağlı faydalı bilgilər çatdırır. PLUSOPTİX cihazı vasitəsilə uşaqlara oyun oynarmış kimi, toxunmadan və çox rahat şəkildə göz müayinəsi tətbiq edilir.  Heç bir şikayəti olmayan uşaqların  1 yaşından sonra hər yaşda 1 dəfə göz müayinəsinə gətirilməsi vacib şərt hesab edilir. Unudulmamaılıdır ki, uşaqlada görmə ilə bağlı problemlər çağalıq dövründən etibarən başlayır və erkən diaqnoz qoyulmadığı durumunda ciddi narahatçılığa gətirib çıxarır. Məsələn, Göz tənbəlliyi kimi bilinən göz rahatsızlığı 9 yaşına qədər hiss edilməz və müalicəsi mümkün olmaya bilər. 

ƏSAS XÜSUSİYYƏTLƏRİ:
• Binokulyar görmə qabiliyyəti
• Müayinə nəticələrinin uşağın yaş həddinə nəzərən sistemləşdirilməsi, eyni zamanda “Pass” və ya “Refer” ekran görüntüsü nəticəsinin dərhal lövhədə göstərilməsi (Adi halda göz müayinəsi üçün “Refer” ekran görüntüsü nəticəsinin göz mütəxəssisinə göndərilməsi vacib hal hesab edilir),
• 1 m məsafədən müayinə özəlliyi ,
• Müayinənin minimum 1 saniyə davam etməsi,
• Tam avtomatlaşdırılmış funksiyaya malik olması,
• 6 aylıqdan başlayaraq uşaqlarda göz müayinəsi imkanı,
• Həkim tərəfindən asanlıqla idarə olunması,
• Eynək və kontakt linzalar üzərindən müayinənin mümkünlüyü.

Əlaqə: 1116
Mobil və Whatsapp:(+99455) 979-01-01 
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15.


3300