• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Mükəmməl üz dərisinə sahib olmaq istəyənlər üçün 9 QAYDA!

DƏRİ XƏSTƏLİKLƏRİ MÜTƏXƏSSİSİ DERMATOVENEROLOQ DR.SEVİNC MƏMMƏDOVA tərəfindən Mükəmməl üz dərisinə sahib olmaq istəyənlər üçün 9 QAYDA!
1. Yaxşı bir görünüşə sahib olmaq üçün dəriyə qulluğu və təmizliyi NİZAMLI olaraq etməlisiniz.
2. DƏRİ TİPİNİZİ öyrənin. Dərinizin quru, yağlı, normal ya da qarışıq olub-olmadığını öyrəndikdən sonra sizə uyğun dəriyə qulluq məhsulunu istifadə edə bilərsiniz.
3. Gündə ən azı 2 DƏFƏ üz dərinizə qulluq edin. Bunu səhər və yatmazdan əvvəl edə bilərsiniz. Zamanla dərinizin təmizləndiyini və daha canlı göründüyünü fərq edəcəksiniz.
4. Dərinizdə təmizləyici qalıqların qalmadığından əmin olun. Yaxşı bir DƏRİ TƏMİZLƏMƏ məhsulu alın, dərinizə yavaş bir massajla tətbiq edin.Çirklərin yaxşıca təmizləndiyindən, çox yağların alındığından əmin olun. Daha sonra dərinizi yaxşıca qurulayın.
5. Dəri nizamlayıcısı hər vaxt T BÖLGƏSİ (alın, burun və çənə) yağlı olan cildlər üçün lazımlıdır. Bu həddindən artıq parlaqlığa nəzarət edilməsini təmin edər.

6. Dəridə tökülmələr donuq bir görünüşə sahib olmağınıza səbəb ola bilər. Bir ya da iki həftədə bir dəri səthinizdəki ölü hüceyrələri təmizləyin.YUMŞAQ FIRÇALAR ilə həssas bir şəkildə dərinizi fırçalayın.

7. Nəmləndiricilər dərinizin yumşaq və gənc qalmasını təmin edər. Günəş şüalarından qoruyan SPF ehtiva edən nəmləndiriciləri seçin.

8. VİTAMİNLƏR bəslənməyinizi təşkil edib sizə enerji verə bilər. Əlavə olaraq dərinizi qoruyan yeməklərlə bəslənin.

9. Sağlam dəriyə sahib olmağın ən sürətli yolu gündəlik ehtiyacınız olan SUYU içməyinizdir.Kofein, qazlı içki, spirt kimi içkiləri içməyi tərgidin və su içməyə başlayın.

Əlaqə: 1116
Mobil və Whatsapp:(+99455) 979-01-01 
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15.


 

 

 



2478