• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Fraksional karbondioksid lazerlə Ksantelazmanın müalicəsi!

Fraksional karbondioksid lazerlə Ksantelazmanın müalicəsi .

Ksantelazma – göz ətrafı dəridə əmələ gələn xolesterin yığıntılarıdır.Üst və alt göz qapağının əsasən buruna yaxın hissəsində müşahidə olunur.Hiperxolesterinemiya termininin mənası, qanda olan xolesterinin miqdarının yüksəlməsidir. Qanda xolesterin miqdarının artması  2 səbəbdən müşahidə olunur : birincili (genetik) və ikincili (qazanılma) hiperxolesterinemiya .

 BİRİNCİLİ (genetik) hiperxolesterinemiya.

  1. Tək anormal gen – yəni  ailəvi olaraq   hiperxolesterinemiya.
  2. Bir necə gendə az dəyişikliklərlə eyni zamanda , yağla  ifrat  şəkildə  qidalanma (poligenik hiperxolesterinemiya).
  3. Ailəvi qarışıq hiperlipidemiya (yüksək xolesterin  və  triqliserid miqdarı ).
  4. Nadir rast gəlinən  genetik  pozuntular.

İKİNCİLİ  hiperxolesterinemiya.

  1. Şəkərli diabet .
  2. Piylənmə .
  3. Alkoqol .
  4. Hipotiroid (inkişafdan qalmış  qalxanabənzər vəzi) .
  5. Qaraciyər xəstəlikləri .
  6. Böyrək xəstəlikləri .
  7. Dərman qəbulu – Məsələn ağır akne müalicəsində istifadə olunan  Roaccutane, yüksek qan təzyiqi və ya damar müalicəsində istifadə olunan betta blokatorlar .

Hal –hazırda ksantelazma müalicəsində bütün inkişaf etmiş ölkələrdə fraksional  karbondioksid lazer istifadə olunur.Fraksional lazer tətbiqindən öncə anestezi kremi ilə lokal olaraq anesteziya olunur.Prosedür Avrasiya Hospital Estetik RTR rəhbəri Dermatoloq Kosmetoloq Dr.Nigar Rəsulova tərəfindən qısa vaxt (30 dəq)  ərzində həyata keçirilir və sağalma müddəti sürətlidir. 

Əlaqə: 1116

Mobil və Whatsapp:(+99455) 979-01-01
Facebook: www.fb.com/hospital.avrasiya
Instagram: @avrasiya_hospital
www.avrasiya.az
Ünvan: Nəsimi ray., Ak.Həsən Əliyev 15


2611