İlyas Həsənovun rəhbərliyi ilə İşemik insult mərkəzi-Avrasiya Hospitalda! Sağlamlığınızın dəyərini bilin!!!
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.İnsult zamanı xəstədə ani gücsülük, zəiflik, hissiyyatın itməsi, danışma və görmədə ani pisləşmə, yerimədə çətinlik və s. əlamətlər özünü büruzə verə bilər.İşemik insult təcili müalicə tələb edən xəstəlikdir. Xəstəliyin müalicəsi isə tıxanmış damarın təcili olaraq medikamentoz ya transkateter yolla açılmasından ibarətdir. Müəyyən edilib ki, beyinə ən böyük zərər tutulmadan sonra ilk 6 saat ərzində baş verir. İşemik insultun əlamətlərini ilk hiss etdiyiniz anda Avrasiya Hospitalın İşemik İnsult Mərkəzinə müraciət etməniz bəlkə də həyatınızı xilas etməmizə səbəb olacaqdır. İşemik İnsult Mərkəzi 7/24 fəaliyyət göstərərək insult keçirən pasientə ilk 4-6 saat ərzində invaziv müdaxilələr tətbiq edərək, onu fəlc və əlillikdən xilas etmiş olur.