Botox nədir? Botoxun faydaları və funksiyaları
Botox A tipli təmizlənmiş neyrotoksin botulizmidir. Bu maddənin xüsusi keyfıyyəti 1970-ci ildə bir amerikalı oftalmoloq tərəfındən kəşf edilmişdir və o sübut etmişdir ki, Botox əzələləri yumşaltmaq, sakitləşdirmək xüsusiyyətinə malikdir. Tezliklə kəşflə kosmetoloqlar da yaxından maraqlanmağa başladılar, çünki bu tipli unikal vasitələr mimik qırışlarlarla effektiv mübarizə aparmağa şərait yaradırdı. O vaxtdan Botox bütün dünyada dərinin erkən yaşlaşmasının ilkin əlamətlərini aradan qaldıran ən əsas preparatlardan biri olmuşdur.
Botox preparatının 8 mühüm funksiyası:
1.Qırışların açılması
2.Ağız kənarının yuxarı qaldırılması
3. Qaş qaldırma
4. Boyun gərmə (Nefertiti)
5. Bruksizm (diş sıxma vərdişi) xəstəliyinin müalicəsi
6. Gummy Smyle Guage (gülərkən diş ətlərinin artıq dərəcədə görünməsi)
7. Miqren.
8. Hiperhidrozun (həddindən artıq tərləmə ) müalicəsi - əl içi, ayaq altı və qolaltı nahiyyələr