• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

“Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi”

Türkiyənin məhşur “Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin Azərbaycan seçimində Avrasiya Hospital yaxından dəstək göstərib. Yarışmanın sponsorlarından biri olan Avrasiya Hospital yarışın bütün həyacanlı anlarını öz həkim komandası ilə də birgə izləyib. 14 qız və 30 oğlanın iştirak etdiyi müsabiqədə həkim heyəti həyacanlanan və özünü narahat hiss edən gənclərə lazım gəldikdə tibbi yardım göstərilib. 
Sinemanın Kral və Kraliçesi:II Sinema Güzeli Yarışması” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızı tədbirdə çıxış edərək Bakı seçim turunun sponsoru Avrasiya Hospitala təşəkkürünü bilirib. Onun da bildirdiyi kimi Avrasiya Hospital çoxprofilli ambulator və stasionar xidmətləri özündə cəmləyərək Tibb müəssisələri arasında Lider mövqelərdən birini tutur. Avrasiya Hospitalda Azərbaycanın tanınmış həkimləri, həmçinin xarici ölkələrdə təkmilləşmiş, yüksək peşəkarlığa malik uzman həkimlər xidmət göstərməkdədir. Hospitalda həm təcili, həm də planlı cərrahi əməliyyatlar aparılır. 
Avrasiya Hospital “Sinemanın Kral və Kraliçesi:II Sinema Güzeli Yarışması” layihəsinə göstərdiyi dəstəyə görə mükafatla da təltif olunub. 
Yeri gəlmişkən, finala vəsiqə qazanan qaliblər- 24 yaşlı Səhər Əkbər və Pərviz Musayev bu ilin aprel ayının 4-də İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar. Pərvin Həsənzadə adlı yarışmaçı isə Kiprdə keçiriləcək "Miss Fashion" gözəllik müsabiqəsində iştirak etmək üçün seçilib.
Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Bakı yarışmasında 
13 nəfərdən ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles və digərləri daxil idi, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova və yarışmanın Azərbaycan təmsilçisi Vüsalə Səid Eyyubqızı.
“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məhşur aktyor və aktrisalar kimi tarixə düşdülər.


2517