• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Revmatoloji xəstəliklərdən əziyyət çəkənlərin nəzərinə!!!

Revmatologiya tibbin, sümük-oynaq-əzələ sistemi xəstəliklərini öyrənən kliniki sahəsidir. Onurğa sütünunun, oynaqların, sümüklərin, əzələlərin zədələnməsi ilə müşayət olunan 100-dən artıq müxtəlif xəstəliklər revmatoloji xəstəliklər qrupunu təşkil edir. Bundan əlavə revmatologiyaya sistem xəstəliklər də aid olunur. Sistem xəstəlikləri zamanı dayaq hərəkət aparatı ilə yanaşı daxili orqanlar da zədələnir. (revmatoid artrit, qırmızı qurd eşənəyi, sklerodermiya və s.) 
Bel ağrıları, hava dəyişəndə oynaqların sızıldaması, insanlar bunlara çox vaxt əhəmiyyət vermir. Lakin bunlar ilk baxışda göründüyü kimi ziyansız olmaya bilər. 70% hallarda əlilliklə nəticələnən bəzi revmatik xəstəliklər məhz belə əlamətlərlə başlayır.
Revmatik xəstəliklərin ən çox rast gəlinən əlaməti oynaqlarda olan ağrılardır. (dünya əhalisinin 40% -ində təsadüf olunur ). Bundan əlavə əl və ayaqda barmaqların deformasiyası, oynaqların şişkinliyi, hərəkət məhdudluğu müşahidə olunur. Xəstə bəzən ən sadə hərəkətlərlə oturduğu yerdən qalxmaq, paltarını geyinib çıxarmaqda çətinlik çəkir. Həyat keyfiyyətinin çox aşağı düşməsi xəstənin psixi vəziyyətinə də mənfi təsir edir.Məhz sağlamlığınız üçün Avrasiya Hospitala müraciət etməniz xahiş olunur.

Əlaqə: 1116

Mobil: (+994) 55 979 01 01


1611