Endokrinologiya. Şəkərli diabet.İnsulin iynələrin vurulma qaydaları
28.04.2018-ci il tarixində Avrasiya Hospitalda növbəti seminar keçirildi.
Mövzu "Endokrinologiya. Şəkərli diabet.İnsulin iynələrin vurulma qaydaları".
Seminarda Avrasiya Hospitalının endokrinoloqu Dr. Günay Əliyeva çıxış edib, mövzu ətrafında yaranmış sualları cavablandırdı. Həmçinin seminarda hospitalın tibb bacıları ilə treninq üzrə məsul şəxsi Şahbazova Aygün maraqlı məruzə ilə çıxış etdi. Seminar suallar və diskussiyalarla çox maraqlı keçdi. Hospitalın həkim heyyəti də bu işlərdə tibb bacılarına dəstək olduqlarını və gələcəkdə tibbdə maraqlı mövzular ətrafında seminarların keçirilməsinə dəstək olacaqlarını bildirdilər.
Növbəti seminar Anesteziologiya və Reanimasiyada tibb bacısının gördüyü işlər və reanimatoloji xəstələrə qulluq mövzusunda olacaq.