18 07.2018
Helicobacter pylori
Helicobacter pylori — mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriya. Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodonitlər, mədənin limfom və şişləri etioloji olaraq lat. helicobacter pylori yoluxması ilə əlaqələndirilir. Belə ki, 90% lat. helicobacter pylori daşıyıcılarında heç bir xəstəlik simptomları olmur. Helicobacter adlandırılması onun spiral formaya malik olmasıyla əlaqədardır. Bu quruluşa malik olması lat. helicobacter pylori-nin mədə və onikibarmaq bağırsağın selikli qişasına asandlıqla daxil olmasına və onun selikdə hərəkət etməsinə imkan yaratmış olur.