• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Qurban bayramı ilə əlaqədar - Ödənişsiz xəstə qəbulu kampaniyası.

Qurban bayramı ilə əlaqədar 18 avgust Şəki Rayon Mərkəzi Xəstəxanasında "Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" fondunun təşkil etdiyi Ödənişsiz xəstə qəbulu kampaniyası keçirildi. Avrasiya Hospital-dan dəvətli bir çox həkimlərimiz bu kampaniyada iştirakı etdi. Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dr Elçin Əmirova və fondun direktoru Gülbəniz xanım Bayramovaya yaratdıqları şəraitə görə təşəkkür edirik!
Və Aztəminatlı ailələrə və Əlillərə öz dəyərli məsləhətlərini, müayinə və müalicəsini etdiyi həkimlərimizədə rəhbərlik adından təşəkkürlərlərimizi bildiririk:
- Dr. Aqil Ağakişiyev - Qastroenteroloq-Hepatoloq
- Dr. Günay Rəhimova - Kardioloq-Aritmoloq
- Dr. Günay Əliyeva - Endokrinoloq
- Dr. Rəhimə Poluxova - Cərrah Oftalmoloq
- Dr. Elgün Səmədov - Ümumi cərrah
- Dr. Həcər Ağakişiyeva - Ümumi Cərrah
- Dr. Nərmin Səmədova - Allerqoloq
- Dr. Tərlan Əyyubov - Pediatr
- Dr. Arzu Əyyubova - Endokrinoloq
- Dr. Rauf Rzayev - Uroloq-Androloq
- Dr. Elşad Ağamalıyev - Travmatoloq-ortoped



2783