02 11.2018
İlk Tibbi Yardım seminarı
Əziz Turizm Sənaye Nümayəndələri,
Skal Baku klubunun, Smart Hotel Management şirkətinin təşkilatçılığı və Avrasiya Hospitalın təşkilati dəstəyi ilə 7 Noyabr 2018-ci il saat 16:00-dan 18:00-dək New Baku Hotelin 1-ci mərtəbədə yerləşən konfrans zalında Avrasiya Hospitalın peşəkar həkimlərinin təqdimatında “İlk Tibbi Yardım” mövzusunda təlim baş tutacaqdır. Təlim praktiki formada həyata keçiriləcəkdir. Sizləri də bu faydalı təlimə dəvət edirik.Bu təlimdə iştiak etməklə Çay fasiləsində Networking imkanı da olacaqdır. Say məhdudiyyəti olduğu üçün qeydiyyatdan keçmək tələb olunur.
Təlim ödənişsizdir.
Qeydiyyat 15:30 – 16:00
Təlim Saatı 16:00 – 18:00
Ətraflı məlumat üçün:
E-mail: skal@skal.az
Tel: +994 55 522 37 68