258 saylı məktəbin 4cü sinif şagirdləri klinikamızda qonaq oldular.
15.12.2018-ci il tarixində 258 saylı məktəbin 4cü sinif şagirdləri klinikamızda qonaq oldular. Məqsəd 24.11.2018ci il tarixində sinif rəhbəri İsmayılova Sevda müəllimənin "Mən hansı peşə sahibi olmaq istəyirəm" adlı layihəsinin davamı olaraq gələcəkdə həkim olmaq arzusunda olan şağırdlərin həkimlik peşəsinin sirləri ilə yerində tanış olmaq idi. Klinikamızın direktoru Həsənov Asiman Balakişi oğlu uşaqlara Avrasiya Hospital haqqında məlumat verdikdən sonra klinikamızın həkimləri ayrı-ayrılıqda şagirdlərə şöbələr və öz ixtisasları haqqında ətraflı məlumat verdilər . Bu layihədə dəstəyini əsirgəməyən həkimlərimiz Cərrah-Fleboloq Dr. Zülfiyyə Vahabova, Ginekoloq Dr. Naza Qurbanova, Pediatr Dr. Tərlan Əyyubov, Revmatoloq Dr. Nərgiz Hüseynova, Kardioloq Dr. Günay Rəhimova, Oftalmoloq Dr. Rəhimə Poluxova, Radioloq Dr. Vüsalə Həsənova, Ümumi cərrah, proktoloq Dr. Cavan Xubanova 258 saylı məktəbin rəhbərliyi və Avrasiya Hospital adından sonsuz təşəkkürlərimizi bildiririk