Oruc tutmağın insan orqanizminə müsbət təsiri , tibbi faydaları və doğru qidalanma!
Tibb mütəxəssislərinin fikrincə,insan qidalanmasına çox diqqət etsə də,bədən toksinlərdən təmizlənmədikcə,lazım olan faydanı əldə etmək mümkün deyil.Oruc bədəni zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur.Bu yolla insan revmatizm,ilkin mərhələdə olan şəkər xəstəliyi,piylənmə,miqren və s. kimi xəstəliklərdən qurtulur.Alimlər sübut etmişlər ki,oruc tutmaqla orqanizmdəki ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir.İl ərzində fasiləsiz olaraq işləyən orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur,yeniləri yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə,ifrazat sisteminə də müsbət təsir göstərir.İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur".Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir.Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır:"Orucla müalicə elə ecazkardır ki,onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir.Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".
HƏKİM MƏSLƏHƏTLƏRİ-QİDALANMA:
Orucun bir faydası da yemək qaydasını rejimə salmaqdır. Bu baxımdan imsak-səhər yeməyi vacibdir:Xüsusilə orucluğun ilk günlərində bu rejimə mütləq əməl etmək lazımdır.Səhər yeməyinə müxtəlif qidalar seçin. Müəyyən günlərdə səhər yeməyinə meyvə şirələri, meyvə-tərəvəz daxil edin. Nəzərə alsaq ki,yay meyvələri,eləcə də giləmeyvələrdə olan vitaminlər səhər yeyildiyi zaman orqanizm tərəfindən daha tez mənimsənilir və gün ərzində enerjimizi artırır,bu zaman beynin hüceyrələri şəkərlə təmin olunar və zehni fəaliyyətiniz də normal çalışar.Digər günlərdə isə normal səhər yeməyi - pendir,çörək,yumurta ilə qidalanın.Yumurtada zülal olduğu üçün həftədə 2 dəfə vacib qida kimi səhər yeməyində yeyilməsi önəmlidir. Amma səhər yeməyə başlamazdan əvvəl 1 və ya 2 stəkan su için. Bitki su ilə qidalandığı kimi orqanizmin də suya ehtiyacı var. Səhər vaxtı içdiyiniz su sizin gündəlik tələbatınızı balanslaşdırır. Səhərlər duzlu qidalardan uzaq olun. Dietik pendir,süd istifadə edin.Həkimlərimiz bildirir ki,səhər yeməyinin sayəsində günorta saat 2 və ya 3-ə qədər enerjiniz sizi aktiv saxlayır,amma o saatdan sonra süstlük müşahidə edilə bilər. Ona görə də saat 3-dən 6-ya qədər çox hərəkət etməməyə çalışın. Günəşdən qorunun. Əks halda səhhətinizə mənfi təsir göstərər. Xüsusən də ürək-qan damar xəstəliklərindən əziyyət çəkən, arterial təzyiqi yuxarı olanlar özlərinə diqqət etməlidirlər. İftara 1-2 saat qalmış aktivləşin. Gəzin,fiziki işlə məşğul olun. Bu halda iftar yeməyi daha rahat həzm olunacaq.İftarı su və yaxud xurma ilə açın.Əvvəlcə 1 stəkan su için,5 dəqiqə sonra yeməyə başlayın. Əvvəlcə sulu qida mütləqdir. Daha sonra müəyyən qidalardan az-az qəbul edin. Lavaş məsləhət deyil,çünki gec həzm olunur. Qara çörəyə daha çox üstünlük verin.Yeməkdən dərhal sonra su və yaxud çay içməyin. Bu,öd daşının yaranmasına səbəb olur. Xüsusilə axşam saatlarında meyvə yeməyin. Bu,yüksək dərəcədə metiorizm,yəni güclənmiş köp əmələ gətirir. Turşuluq artır,mədə-bağırsaqda problemlər yaranır. Yuxudan əvvəl qatığa az miqdarda su əlavə edin, ayrandan qatı,qatıqdan yumşaq olsun. Xüsusilə quru qida qəbulundan sonra,yatmazdan əvvəl için. Ümumilikdə yeməkdən yarım saat sonra bitki çayı qəbul edin. İftar süfrəsi olduqca sadə olmalıdır. Siz səhərə qədər maye qəbul edə bilərsiniz. Şəkərli diabetdən əziyyət çəkənlər axşam,gecəyarısı meyvə yeməsin. Axşam yeyilən meyvə qanda şəkəri artırır və arterial təzyiqin yüksəlməsinə səbəb olur.