• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Qəlyan ziyanlıdırmı?

Belə bir təsəvvür var ki, qəlyan suyun arasından keçdikdə onun tüstüsü təmizlənir və orqanizmə zərəri az toxunur. Buna əsasən də xüsusilə gənclər arasında getdikcə qəlyana tələbat artır. Analizlər göstərir ki, qəlyandakı tüstü siqaretin tüstüsü ilə demək olar ki, eynidir. Ancaq tərkibində 16-a yaxın polisiklik aromatik birləşmələr var ki, bunlardan da formaldehid, fenol, furan, bir sıra radioaktiv metallar və ultradispert hissələr var. Qəlyanın bir şaybasında olan nikotin 70 adi siqaretdəki nikotinə bərabərdir. Çox kanserogen hesab edilən benziprenin miqdarı isə hətta siqaret tüstüsündəkindən daha çoxdur. Karboksihemoqlobinin miqdarı qəlyanda 3.75 dəfə yüksəkdir. Bir siqaret çəkdikdən sonra orqanizmdə olan CoO2 qazının miqdarı qəlyandan sonrakından xeyli azdır. CoO2 isə ürək qan-damar sisteminə məxsus xəstəliklərin törədicisidir. Bundan əlavə qəlyan çəkən cavanlarda müxtəlif forma aritmiyaların olması müşahidə edilir. İndi bir daha düşünün, həqiqətənmi qəlyan zərərsizdir?  Avrasiya Hospital-ın Kardioloq – Aritmoloqu, Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü Dr. Günay Rəhimova

TƏHSİL • 1998-ci ildə Gəncə şəhər 5 saylı orta məktəbi fərqlənmə lə bitirib.
• 1999-cu ildə Azərbaycan Tibb Universtetinə qəbul olunub.
• 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.
• 2006-2013-cü illər Mərkəzi Klinikada Aritmologiya şöbəsində həkim mütəxəssis olaraq yetişmişdir.
• 2009-2010-cu illər Türkiyə Respublikası, İstanbul Kardiologiya İnstututu, Aritmiyalar, ablasiya və cihaz taxılması üzrə ixtisas artırma kursu keçmişdir.

Beynəlxalq Simpoziumlar və Konqreslər • 2011-ci il Almaniya, Hamburq, İxtisas artırma kursu, Carto cihazı ilə işləmə texnikası
• 2011-ci il. Bakı Ürək Günləri. II Beynəlxalq Konqres
• 2012-ci il Azərbaycan Kardiologiya Cəmiyyətinin I milli konqresi
• 2013-cü il Azərbaycan Kardiologiya Cəmiyyətinin II milli konqresi
• 2013-cü il Moskva şəhərində İxtisas artırma kursu. Cihaz İmplantasiyaları
• 2013-cü ildə Qazaxıstan Astana şəhrində İxtisas artırma kursu. Cihaz İmplantasiyaları
• 2015-ci ildən Avrasiya Hospital – Aritmologiyaşöbəsi, həkim aritmoloq-elektrofizioloq.
• 2016-cı ilin may ayında Ulusal Aritmi Toplantısı


2797