YAYDA D VİTAMİNİ VERMƏK LAZIMDIRMI?
YAYDA D VİTAMİNİ VERMƏK LAZIMDIRMI?
Hamiya yaxşı məlumdur ki, Vitamin D təbii yolla dəridə, gün şüalarının təsirindən yaranır. Buna görə, çox adam düşünür ki, yayda uşaq kifayət qədər Vitamin D alır. Əslində isə, bu mübahisəli söhbətdir. Xarici ədəbiyyatlarda hətta günlərinin əsas hissəsini günəş şüaları altında keçirən böyük insanlarda da vitamin D çatışmazlığının olmasını sübut edən kifayət qədər araşdırma nəticələri var. Bu bir çox faktorlara bağlıdır – coğrafi enlik, dəri tipi və s.
Bundan başqa:
Birincisi, bütün yay günləri günəşli deyil.
İkincisi, baxmayaraq ki, çöldə yaydır və günəşdir, mənzilə PƏNCƏRƏ ŞÜŞƏSINDƏN KEÇIB DÜŞƏN günəş şüası dəridə Vitamin D yaratmayacaq (şüşə ultrabənövşəyi şüaları buraxmır)
Üçüncüsü, əgər UŞAQ GEYİMDƏDİRSƏ və ya BAĞLI KOLYASKADA GƏZİRSƏ, GÜNƏŞ KÖMƏKLİK ETMƏYƏCƏK.
Bundan başqa, ZAQAR KREMLƏRİ də Vitamin D əmələ gəlməyinin qarşısını alır.
Buna görə də, biz pediatrlar ilk yaşlarda uşaqların real olaraq lüt formada günəş altında bir neçə saat gəzdikləri günlərdən başqa digər vaxtlar Vitamin D preparatlarını həm qış və həm də yayda kəsməməyi məsləhət görürük.
Uşaqlarımız gələcəyimizdir və onları əmanət edəcəyimiz həkimi doğru seçməliyik. Həftə içi hər gün 9:00-dan 17:00-a qədər Pediatr Dr. Tərlan Əyyubov öz balaca pasientlərini qəbul edir.