27 08.2019
Normada qan şəkərinin miqdarı nə qədər olmalıdır?
Endokrinoloqlara verilən suallardan ən çoxu normada qan şəkərinin miqdarı nə qədər olmalıdır və ya hansı rəqəmlər şəkərli diabetin göstəricisidir tipli suallardır. Məhz buna aydınlıq gətirmək istəyirik.
-3,3-5,5 mmol/l və ya 60-100 mg/dl normal göstərici sayılır.
-7 mmol/l və ya 126 mg/dl bərabər və ya yüksək rəqəmlər şəkərli diabeti təsdiqləyir.
-Bir də ara qrup var, hansı ki, şəkərli diabeti təsdiqləmir, lakin tam sağlam da demək olmur, onlar prediabet qrupu sayılır.
-Prediabetin( şəkərönü vəziyyət də deyilir)göstəriciləri 5,5-7 mmol/l və ya 100-126 mg/ dl aralığında olan göstəricilərdir.
Onu da qeyd edək ki, diaqnoz üçün kapilyar yox venoz qan istifadə edilməlidir.
Endokrinoloq Günay Əliyeva