Dr. Hüseynova Səyyarə
Dr. Hüseynova Səyyarə
həkim-mütəxəssis radioloq
2004-2010 Azərbaycan Tibb Universiteti Müalicə işi fakultəsi
2010-2011 ildə Mərkəzi Klinik xəstəxana həkim-intern
2011-2015 Kliniki Tibbi Mərkəz rezidentura
2013-2015 Milli Onkologiya Mərkəzi, Mərkəzi Klinik Xəstəxana, Azərbaycan Tibb Universistetinin tədris terapevtik korpusunda rotasiya
2015-ci ildə Ankara Yıldırım Beyazid Eğitim və Araştırma xəstəxanasında kursda
2015-ci ildən Avrasiya Hospitalda həkim-radioloq vəzifəsində çalışır
.
.
Maqnit rezonans tomoqrafiya rentgen şüaları olmadan maqnit sahəsi içərisində radio dalğalar ilə insan bədəninin ağrısız yolla müayinə metodudur. MRT müayinəsi zamanı pasient cihazın içərisində hərəkət etmədən, sakit nəfəs alıb verərək uzanmalıdır. MRT müayinəsinin avantajlarından biri ondan ibərətdir ki rentgen şüası olmadan çalışdığı üçün pasient radiasiyaya məruz qalmır və bu səbəbdən 1 –ci trimestrdən sonra hamilə qadınlar və südverən analar da bu müayinədən keçə bilər. Klaustrafobiyası olan (qapalı yer qorxusu) pasientlərə hospitalımızda sedasiya tətbiq olunaraq MRT müayinəsi oluna bilir. MRT müayinəsinin istifadə olunduğu əsas patologiyalar bunlardır: baş beyin xəstəlikləri (insult, beyin törəmələri, neyrodegenertiv xəstəliklər, dağınıq skleroz, anadangəlmə anomaliyalar və s), hipofiz vəzin adenomaları, beyin damarları, göz, onurğa beyni xəstəlikləri, boyun, bel yırtıqları, iltihsabi xəstəlikləri (spondilit),əzələ-sümük sistemi patologiyaları – artrit, artroz, oynaqda maye yığıntısı, törəmələr, əzələ-sümük sisteminin travmalarında bağların, əzələlərin, vətərlərin qopması, dartılması, menisk yırtığı, sümük sınıqları, qarın boşluğu orqanlarının patologiyalarında (öd kisəsi və öd yolları daşı, törəməsi, mədəaltı vəzi törəmələri, düz bağırsaq törəməsi və s), çanaq orqanları (uşaqlıq, uşaqlıq boynu, yumurtalıq, kişilərdə prostat vəzi ) patologiyaları
Kompyuter tomoqrafiya və maqnit rezonanas tomoqrafiya metodu ilə xərçəng xəstəliyinin yayılması haqqında əldə olunan məlumatlar əsasında xəstəyə tətbiq olunacaq müalicə metodu (kimyaterapiya, radioterapiya, cərrahi müalicə)seçilir