• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Daxili xəstəliklər uzmanı Dr. Həbib Səhratov

.
.
Həbib Səhratov
Daxili xəstəliklər uzmanı

-1988-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində təhsil alıb
-1996-cı ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib
-2001-2005-ci illərdə Gülhane Hərbi Tibb Akademiyasında Daxili Xəstəliklər bölümündə uzmanlıq təhsili alıb.
-2005-2017-ci illərdə Naxçıvan Qarnizonunda Terapiya şöbəsinin rəisi, aparıcı terapevt vəzifəsində çalışmışdır.
-2017-ci ildən Avrasiya Hospitalda Daxili xəstəliklər uzmanı olaraq çalışır..
.
Ürəyin qanı vurduqdan sonra, qanın damarlarda yüksək təzyiqlə hərəkət etməsi hipertoniya xəstəliyinin baş verməsinə səbəb olur ki, buna yüksək təzyiq də deyilir.
Bəzi insanlar vardır ki, onlar yüksək təzyiqə adi bir xəstəlik kimi baxırlar. Halbu ki, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkən və müalicə olunmayan xəstələr bir müddət sonra təzyiq səbəbindən digər orqanlarında patoloji dəyişikliklər əmələ gəldiyinin şahidi olurlar. .
Yüksək təzyiqin əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
– irsi meyillilik
– hormonal xəstəliklər
– böyrək xəstəlikləri
– şəkər xəstəliyi
– yüksək xolesterol
– bəzi dərman preparatları
– damar xəstəlikləri
– artıq çəki.
.
.
Yüksək təzyiqin əlamətləri aşağıdakılardır:
– ənsədə ağrı
– baş hərlənməsi
– baş ağrısı
– ürəkdöyünmə
– üz dərisinin qızarması və s.
Arterial təzyiq yüksək olan zaman həkimə müraciət etmək və həkimin məsləhətlərinə qulaq asmaq lazımdır. Bununla yanaşı bəzi qaydalara əməl etmək lazımdır.
Yüksək təyziq zamanı qidalanmaya diqqət yetirmək lazımdır. Belə xəstələrə yağlı, duzlu qidalardan çox istifadə etmək olmaz. Yüksək təzyiqdən əziyyət çəkən adamlar çoxlu meyvə və tərəvəzlərdən istifadə etməli, mədə-bağırsaq sisteminin normal çalışmasına diqqət yetirməli, spirtli içkidən uzaq durmalı, çəkisini nəzarətdə saxlamalıdır. Belə xəstələrə şirniyyat və şirin içkilərin miqdarını azaltmaq məsləhət görülür. Arterial təzyiqi yüksək olan adamlar həkimin dediklərinə əməl etməklə yanaşı bəzi təbii vasitələrdən də istifadə etsələr daha yaxşı olar.


2255