Dr. Tərlan Əyyubov
6 aydan böyük uşaqların su içmə rejimi: su vermək olarmı?
- 6 aylığından sonra əlavə qidalanmaya başlayan uşaqlara yeməklər arası dövrdə bir neçə udum su verə bilərsiniz (adətən, məsləhət görülür gündə 60ml-dən çox olmayaraq)
- Uşaq bərk qidanı yeməyə başlayandan isə bir-neçə udum sağılmış süd və ya suyu elə qidalanma zamanı vermək olar. Bəzi uşaqlar qəbizlikdən əziyyət çəkməsinlər deyə buna ehtiyacları olur.
- 1 yaşdan sonra isə təklif olunan suyun miqdarını gün ərzində 120-200ml artırmaq olar.
- yeməkdən əvvəl su verməyin – ac uşaq siz nə qədər su versəz hamısını içəcəkç amma bunun nə sizə, nə sizin körpənizə xeyri olmayacaq. Uşağın mədəsi su ilə dolacaq və südü az içəcək.
- əgər uşaq su içməkdən imtina edirsə - məcbur etməyin.
Dr. Tərlan Əyyubov
Pediatr