• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Avrasiya Hospital Radiologiya Şöbəsi

Radiologiya tibbin müxtəlif cihazların köməyil ilə bir çox xəstəliklərin diaqnozunun qoyulduğu bir bölməsidir. Avrasiya hospitalın radiologiya şöbəsi də aşağıdakı cihazların və radiologiya şöbəsi əməkdaşlarının (həkim-radioloq, texnisyənlər, xəstə məsləhətçisi) köməyi ilə bir komanda olaraq hər zaman pasientlərin xidmətindədir.

*Kompyuter tomoqrafiya

Kompyuter tomoqrafiya x-şüalarından(rentgen şüaları)istifadə edərək insan bədəninin müayinə olunan nahiyyəsinin kəsiksəl görüntüsünü əldə etməyə yönəlmiş müayinə metodudur. Müayinə zamanı xəstə kompyuter tomoqrafiya cihazının içərisində hərəkətsiz uzanır və alınan görüntülər kompyuter ekranında izlənilir. Aparılan müayinənin növündən asılı olaraq xəstəyə qol damarlarından kontrast maddə yeridilə və kontrast maddə içirdilə bilər.

Kompyuter tomoqrafiya ən çox bu vəziyyətlərdə istifadə olunur:
- ağciyər xəstəlikləri (onkoloji, vərəm, pnevmoniya, interstisial ağciyər xəstəlikləri və s),
- hemorragik (qanamalı) insult,
- burunətrafı ciblərin xəstəlikləri (sinusit, polipozis, törəmələr və s),
-orta və daxili qulaq xəstəlikləri ,
- boyun nahiyyəsindəki törəmələr,
- qarın boşluğu patologiyalarında (qida borusu,mədə-bağırsaq sistemi, qaraciyər, öd kisəsi, mədəaltı vəz, dalaq, böyrək, sidik axarları, sidik kisəsinin onkoloji və qeyri-onkoloji xəstəlikləri ,böyrək, sidik axarı, sidik kisəsi daşı),
- başda aorta olmaqla digər arterial damarların (beyin, boyun, döş qəfəsi,
-qarın boşluğunun magistral damarları) anevrizmaları,
- okkluziyaları (şəkərli diabet xəstələrində aşağı ətraf arteriyalarının daralma və ya tam tutulması),
-travmalarda sınıqların dəqiq təyini,
-bəzi sümük törəmələri

və adlarını çəkmədiyimiz bir çox digər xəstəliklərdə


3353