Dr. Araz Cəfərov
Bütün hüceyrələr başlanğıcını kötük hüceyrədən inkişaf etdirir. Kötük hüceyrənin tatbiqi bir çox sahədə mümkündür. Bunlardan ən çox tətbiq olunanı oynaqlardır. Xüsusən birinci və ikinci dərəcəli artrozlarda geniş istifadə olunur. Kötük heceyrələr orqanizmin müxtəlif yerlərində var. Daha çox piy toxumalarının üzərində toplanmış olur. Buna görə də kötük heceyrəni almaq üçün ən çox və daha ziyansız olan yerdən – qarının piy nahiyyəsindən kötük hüceyrələri alınır. Xüsusi üsullarla həmin kötük hüceyrələr piy hüceyrələrin üzərindən ayrılır, təmizlənir və xüsusi saxlama şəraitində saxlanılır. Hüceyrələr hazırlandıqdan sonra ortopedin nəzarəti altında oynaqlara yeridilir. Prosedur təxmini olaraq 30 dəqiqə müddətində icra edilir. Tərəfimizdən pasientə 2-3 gün müddətində diz oynaqlarına sakitlik verməsi məsləhət görülür. Fiziki aktivlik həmin gündən bərpa olunur. Hər hansı bir ciddi ağırlaşma müşahidə olunmamışdır. Bədənin öz hüceyrəsi olduğu üçün xəstə daha tez adaptasiya olur və oynaqların cavanlaşmasını təmin edir.