04 01.2022
Dr. Habil Qafarov
Mədəkiçiltmə əməliyyatı keçirmiş şəxsi ən çox maraqlandıran suallardan biri də dərman qəbul edib etməyəcəyi ilə bağlıdır. Bəri başdan deyək ki, uzunmüddətli dərman qəbulu nəzərdə tutulmur. Əməliyyatdan sonra 2 ay müddətində mədə qoruyucu və 5 gün müddətində qan durulaşdırıcı dərman qəbulu məsləhət görülür. Bununla yanaşı, əməliyyatdan sonra müəyyən təqvimlər üzrə qan analizləri verirsiniz və analizlərin nəticələri gözdən keçirilir. Əgər vitamin və mineral çatışmazlığı aşkar olunarsa, vitamin qəbul etməyiniz tövsiyə olunur. Bir də əməliyyatdan sonrakı ilk 20 gün, 1 ay ərzində başqa problemlərdən dolayı dərman qəbul etməyə məcbur olsaz, bunu həkiminizə bildirmənizdə fayda var.