• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Yuxusuzluğa qarşı albalı şirəsi!

Mütəxəssislər albalı şirəsinin yuxusuzluq probleminə qarşı təsirli olduğunu bildiriblər.İtalyanın  "La Stampa" qəzetində dərc olunan xəbərə əsasən Pensilvaniya və Roçester Universitetində çalışan elm adamları yuxusuzluqdan əziyyət cəkən 15 nəfər insana 2 həftə ərzində səhər və axşam təxminən 227q albalı şirəsi veriblər.

Araşdırmaçılar növbəti 2 həftə ərzində isə iştirakçılara digər meyvə sularından içməyi tövsiyə ediblər.

Mütəxəssislərin gəldiyi nəticə isə çox maraqlı olub.Belə ki, albalı şirəsi içdiyi zaman insanlarda yuxusuzluq problemi digər həftələrlə müqayisədə dəfələrlə aşağı olub.Alimlər bunun, albalının tərkibindəki maddələrlə bağlı olduğunu deyiblər.Qeyd edək ki, yuxusuzluq ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər.


1357