• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Hıçqırıqdan qurtulmanın effektiv vasitələri!

Hıçqırıq diafraqmal əsəbin qıcıqlanması ilə yaranır və kifayər qədər uzun müddət davam edə bilər.Çox vaxt insan həddindən artıq çox yeməkdən sonra hıçqırmağa başlayır.

Hıçqırığın səbəbləri müxtəlif ola bilər:

* mədə - bağırsaq yolunun xəstəlikləri; * mərkəzi əsəb sisteminin xəstəlikləri; * diafraqmal əsəbin qıcıqlanması; * həddindən artıq soyuma; * stress, psixoemosional gərginlik; * alkoqolun istifadəsi

Uzun çəkən hıçqırıq zamanı nə etmək olar?

Hıçqırığın müalicəsi yalnız uzun müddətli, tez- tez təkrar olunan, yorucu hıçqırıq hadisələri zamanı dərman vasitələrinin təyinatını tələb edir.Hıçqırıqdan qurtulmaq üçün xalq vasitələrindən istifadə edə, cövhərlərin və müalicəvi otların həlimlərindən qəbul edə bilərsiniz.Həmçinin heç bir vasitədən istifadə etmədən kifayət qədər sadə üsullarla bu problemlərdən qurtula bilərsiniz.Hesab edilir ki, tam nəfəs almadan sonra hər hansı bir mətni tez və nəfəsi verənə qədər bir neçə dəfə oxumaq lazımdır.

Hıçqırıqdan tez qurtulma üçün gicitkənin və nanənin həlimi yaxşı vasitə hesab edilir.Bunun üçün 2 xörək qaşığı gicitkən və nanə otunun üzərinə 200 ml qaynar su tökün və yavaş oda qoyun.Qaynamadan sonra dərhal süzün və soyudun.Həlimi hıçqırıq zamanı kiçik qurtumlarla qəbul etmək lazımdır.

2 kartof qaynadın və qabığı ilə birlikdə onu əzin.Alınmış kartof püresinə 2 çay qaşığı xardal əlavə edin və yaxşıca qarışdırın.Alınmış kütləni qarnınızın üzərinə qoyun.Bir neçə dəqiqə sonra siz hıçqırıqdan tamamilə qurtulacaqsınız.


7855