• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Dırnaqlara görə xəstəliklərin diaqnostikası!

Dırnaqlarımızın zahiri görünüşünə görə ən azı 20 xəstəliyin diaqnozunu qoymaq olar.Dırnaqlar bizə xəstəliyi biz onu hiss etmədən öncə göstərir.Dırnaqların vəziyyətinin diaqnostikasıyla məşğul olan elm - Onixologiya elmi adlanır.

 Dırnaqlarda ağ ləkələr sink və kalsiumun orqanizmdə çatışmamazlığı haqqında məlumat verir.Sink çatışmamazlığı nəticəsində dırnaq lövhəsində köndələn qazıqlar görünür.Yuxarıya gedən qazıqlar xroniki iltihabi proseslərə və başlanan revmatizmə şahidlik edirlər.Xroniki ağciyər xəstəlikləri zamanı dırnaqlar qabarıq olur.

 Dırnağın rəngi də həmçinin bir çox xəstəliklər barəsində əvvəlcədən məlumat verir.Pis qan dövranı və qanazlığı zamanı dırnaqlar göyümtül rənglənməni əldə edir, sarımtil rəng isə qaraciyər xəstəliyi olan insanlarda və siqaret çəkənlərdə müşahidə olunur.

 Əgər dırnaq lövhəsi qat-qatdırsa, onda bu, vitamin D-nin, silisiumun və kalsiumun çatışmazlığı əlamətidir.


1909