• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Qrip xəstəliyi zamanı köməyinizə çatan bitki çayları!

Qrip deyilincə ilk olaraq cökəni xatırlayırıq.İçərisindəki komponentlərdən (flavonoit) iltihab aradan qaldırıcı və ağrı kəsici təsir göstərərkən, bəzi komponentləri də(musilaj) boğazı yumşaltması nəticəsində boğazda iltihabın qarşısını aldığı və soyuqdəymə şikayətlərinin yüngülləşməsində müalicəyə köməkçi olduğu bildirilir.

 Ağız və boğaz iltihablarında (farengit,diş əti iltihabı)  təsirli olduğu bilinən bir başqa bitki isə adaçayıdır.Bu səbəbdən çay şəklində (qətiliklə qaynadılmadan) adaçayı ilə hazırlanan qarqaranın bu məqsədlə istifadə edilməsi təklif edilir.

Soyuqdəymə və qripin qarşısını almaq üçün müalicə zamanı zəncəfilin faydaları iltihab proseslərinin aradan qalxmasına səbəb olur.

Qərənfil ağız və boğaz yanğılarında yanğını aradan qaldırırcı, bakteriya,mikro göbələk və virusların gətirib çıxardığı ağız və boğaz infeksiyalarında antiseptik olaraq ağrını yüngülləşdirir.Bu səbəbdən soyuqdəymə zamanı çay olaraq içilməsi ya da sıx qarqara olunması faydalıdır.

Top və ya toz formasındakı qara bibər meyvələri ilə hazırlanan çayların boğaz infeksiyalarında faydalı olduğu bilinir.Ayrıca icra edilən işlərdə immunitet sistemini gücləndirici, yanğını və spazmaları aradan qaldırıcı, xərçəng xəstəliyinin qarşısını almaq kimi təsirlərə malikdir.


2537