Təngnəfəslik: Nədir, Səbəbləri və Müalicəsi!
Təngnəfəslik – nəfəs dərinliyi və tezliyinin pozulmasıdır ki, bu zaman insanlar hava çatışmamazlığı ilə üzləşirlər. Ürək xəstəlikləri zamanı təngnəfəslik fiziki yüklənmə, adi və uzanan vaxtda baş verir.
Ürək xəstəlikləri zamanı əgər təngnəfəslik gecə saatlarında baş verirsə, bu artıq ürək astmasının olmasına işarədir. Bu hallarda təngnəfəslik ispirator olur, yəni nəfəs alınmasında baş verir. Ekspirator təngnəfəslik isə (nəfəsin verilməsində yaranan problem) əsas bronxlarda olan problemlərə işarədir. Beyin təngnəfəsliyi şiş və ya qansızması zamanı müşahidə olunur.
Təngnəfəsliyin yaranma səbəbləri
Təngnəfəslik ürək-damar və nəfəs sisteminin patologiyası ilə birbaşa bağlıdır. Sinə nahiyəsində kəskin ağrılar və təngnəfəslik artıq infarkta işarədir. Bəzən sinə aortasının dağılması boğulmalara gətirib çıxarda bilər.Sinə nahiyəsində ağrı, təngnəfəslik və təzyiqin düşməsi həmçinin ağciyər arteriyasının tromb ilə tutulmasına işarə ola bilər.
Təngnəfəsliyin ola biləcək səbəbləri:
Ürək-damar xəstəlikləri; Nəfəs orqanları sisteminin xəstəlikləri; Sinir sistemi xəstəlikləri
Təngnəfəsliyin müalicəsi - Müalicə ilk öncə orqanizmin təngnəfəsliyə gəlmiş vəziyyətini korreksiya etməkdir. Bir çox ağır müalicələrə baxmayaraq təngnəfəsliyin qalması ehtimalı vardır.Ağciyər havalanmasının yaxşılaşmasını təngnəfəsliyin azalması ilə təyin etmək olduqca çətindir. Bütün terapiyalara baxmayaraq təngnəfəslik ilə mübarizə aparmaq üçün siqaret atılmalıdır. Fiziki reabilitasiya fiziki yüklənmə zamanı təngnəfəsliyi azaldacaq.Təngnəfəsliyin müalicəsində ən əsas olan məqam diaqnozun düzgün qoyulmasıdır. Beləki bu xəstəliyin kökünün tapılması mütləqdir. Yalnız təngnəfəsliyin müalicəsi yanlış bir addımdır.
Təngnəfəsliyin müalicəsi - İnfeksiyalar ilə mübarizə; Mədə-bağırsaq traktının, damar və limfa sistemlərinin fəaliyyətinin normallaşdırılması; İmmunitetin qaldırılması; Orqanizm enerjisinin normaya uyğun qaldırılması.