Dövrümüzdə geniş yayılan ürək, qan-damar sistemi xəstəlikləri!
Ürək, qan-damar sistemi xəstəliklərinin həm kəskin, həm də xroniki formalarında artım müşahidə edilir. Havanın dəyişməsi, metereoloji faktorlar nəticəsində aritmiyalar, hipertonik krizlərin sayı da artır. Ekoloji və psixoloji amillər də xəstəliyin artımında müəyyən rol oynayır. Ürək xəstəliyi beyində qanın fəaliyyətini poza, qan qatılaşanda beyində insult ola bilər, böyrək, qaraciyər, aşağı ətrafların qan dövranı pozula bilər. Genetik amillərin rolu böyükdür. Ata-anada müəyyən ürək, qan-damar xəstəlikləri varsa, övladların 25-30%-də bu təkrar olunur. Əlavə risk faizi varsa, bu rəqəm 40%-ə qədər yüksələ bilir.
Yağlı qidalar ürəyin fəaliyyətini pozur! Bir müddət əvvəl ABŞ alimləri belə bir iddia ilə çıxış etmişdilər ki, ürək xəstəliklərinin əsas səbəbi xolesterindir. Digər səbəblər ikinci dərəcəlidir.
45 dəqiqədən çox oturmayın! Ürəyinin sağlam olmasını istəyənlər oturaq həyat tərzindən qaçmalıdır.Ürək xəstəliyinin əlamətləri döş sümüyünün arxasında deşici, göynədici ağrıların olmasıdır. Bu ağrılar həm də sol çiyin, sol qolda hiss edilir. Ürək nahiyəsində 40 səbəbdən ağrılar baş verir. 39-nu istisna edirik, biri ürəklə bağlı olur. Tipik ağrılardırsa, birbaşa diaqnoz qoya bilərik. Adi elektrokardioqram etmək mümkündür.Bu xəstələr hər an miokard infarkt keçirə bilər. Bunun baş verməməsi üçün xəstəliyin vaxtında aşkarlanması mütləqdir. Bu, infarktın qarşısını ala bilər.Kardioloq həkimimiz bildirir ki, artıq çəkili insanlar, gərgin və oturaq işdə çalışanlar, işi kompüter qarşısında olanlar, küçədə açıq havada işləyənlərin ürək xəstəliklərinə tutulmaqda riski böyükdür.Bu xəstəliklərdən qorunmaq üçün sağlam qidalanmaq və fiziki aktiv həyat tərzi sürmək lazımdır. Təsdiqlənmiş məlumatdır ki, az yeyənlər çox yeyənlərdən 10-15 il çox yaşayır. Həmçinin qida rasionumuz meyvələrlə zəngin olmalıdır.Gündə 5 dəfə qidalanmaq lazımdır. Az-az olsa da, tez-tez yemək lazımdır.Normal yuxu ən vacib şərtdir. Gündə 8-9 saat yatmaq lazımdır.Həmçinin baş kardioloqumuz bildirir ki,hal-hazırda daha çox ürəyin kəskin işemik xəstəliyi olan miokard infarkt və kəskin koronar sindrom geniş yayılmışdır..Əvvəl ürək müayinəsi 50 yaşdan sonra məsləhət görülürdüsə, indi 35 yaşdan sonra ürək nahiyəsində ağrı varsa, həkimə müraciət edilməlidir.Ürəyinizin sağlam,gələcəyinizin uzun ömürlü və yaşam tərzinizin daha aktiv olması üçün Avrasiya Hospitalın kardioloqlarına etibar edin!
Əlaqə: 1116
Mobil və Whatsapp:(+994)55 979-01-01