Ac qalmaq immuniteti yeniləyir!
Qısamüddətli aclıq immunitetə ikiqat xeyirdir: Əvvəla, köhnəlmiş və zədələnmiş hüceyrələr yenilənir, həm də qanın kök hüceyrələri aktivləşərək, immun sisiteminin hüceyrə ehtiyatını artırır.
Alimlər artıq çoxdan sübut ediblər ki, aclıq insan orqanizmində bir çox xəstəliklərin inkişafını dayandırır, insan ömrünü uzadır.Uzun müddət hesab olunurdu ki, aclıq insan orqanizminə sirtuin zülalı vasitəsi ilə təsir edir.Vaşinqton Universitetinin araşdırmacıları sübut etmişlər ki, sirtuin həqiqətən insan ömrünü uzada bilir. Qeydlər var ki, insan ömrünün uzunluğu FGF-21 zülalı ilə bağlıdır, bunu hətta “aclıq hormonu” da adlandırırlar. Birminghamda yerləşən Alabama universitetinin alimləri isə sübut ediblər ki, aclıq Alsqeymer xəstəliyinin inkişafını dayandırır. Burada isə əsas rolda qrelin adlı zülal iştirak edir ki, bunu da elmdə “aclıq hormonu” kimi tanıyırlar..Alimlər hesab edirlər ki, immunitetin təzələnməsini yaşla bağlı immun çatışmamazlığı və QİÇS daxil bir çox xəstəliklərin müalicəsində də istifadə etmək olar. Aclıq hətta digər orqanların təzələnməsinə səbəb ola bilər. Lakin bunlara tam əmin olmaq üçün hələ də araşdırmalar aparılır.