Yay fəslində soyuqdəymə, qrip xəstəlikləri ilə mübarizə üsulları!
Yay fəsli əyləncə,istirahət və s. ilə yanaşı bir sıra mövsümi xəstəliklər də gətirir.Necə mübarizə aparmalı?!
Həkimlərimizin bununla bağlı məsləhətləri:
* Çalışın daim yanınızda qazsız su olsun, yaxşı olar ki 1 litr su içərisinə 1 ədəd limon sıxasınız.C vitamini damarları möhkəmləndirir və spazmı aradan qaldırır.
* Günəş altında başı açıq gəzməyin.Bu, yaşından və cinsindən asılı olmayaraq hamı üçün vacibdir.
* Kondisioner sistemi olmayan maşından istifadə edirsinizsə, minməmişdən öncə 1 neçə dəqiqə qapıları açıq saxlayıb havalandırın.
* Yayda pambıq,kətan və s. təbii materiallardan olan geyimlərə üstünlük verin.
* Yüngül meyvə, tərəvəz və saladlara üstünlük verin.
* Rahat yatmaq üçün yatmazdan öncə 2-3 saat qida qəbul etməyin.
* Gün sonunda ayaqlarınızı vanna edin.Suya dəniz suyu və nanə cövhər də əlavə etmək olar.Bu yorğunluğu götürür və qan dövranını tənzimləyir.