• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Bunu bilirikmi? Bal ilə yaşıl qoz qarışığının müalicəvi əhəmiyyəti!

Kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.Bu qarışıq:

- qalxanvari vəzin fəaliyyətinə çox müsbət təsir edir,
- qanı təmizləyir,
- qurdqovucu təsir edir,
- qara ciyəri və bağırsaqları təmizləyir,
- artıq çəkidən azad olmağa kömək edir,
- orqanizmi cavanlaşdırır,
- immun sistemini möhkəmləndirir,
- orqanizmə xərçəng əleyhinə təsir edir.
 Qarışığın hazırlanması:
1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.
2. Qoz yuyulur, qurudulur, ətçəkən maşından keçirilir və ya blenderdə əzilir.
3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.
4. Qarışığı qəbul etməzdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).
5. Hazır qarışıq soyuducuda saxlanılır.
 Qarışığın istifadəsi:
Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.
Şəkər,təzyiq və s.xəstəliyi olan insanlar bu qarışığı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmələri tövsiyə olunur.


2568