Haymorit və bu xəstəliyin insan orqanizminə təsir edən təhlükəli fəsadları!
HAYMORİT-sinusitlәrin bir növü olub, üst cәnә cibinin iltihabıdır.
SƏBƏBLƏRİ׃ -kәskin respirator infeksiyalar, -allergiya, -göbәlәk, -diş xәstәliklәri, -xroniki faringit, -xroniki tonzillit, -çәpәr әyriliyi, -adenoidlәr.
KƏSKİN HAYMORİTİN ƏLAMƏTLƏRİ׃
-ümumi zәiflik
-burun tutulması
-asqırma
-baş ağrıları
-üz nahiyәsindә ağrılar (ağrılar alına, burun әsasına. diş nahiyәsinә irradiasiya edir)
-göz qapaqları ödemlәşir, qızarır
-iy bilmә pozulur
-bir vә ya ikitәrәfli selik ifrazı
Kәskin haymorit 2-3 hәftә davam edir.Kәskin haymorit müalicә olunmazsa xroniki haymoritә keçir.Xroniki haymoritdә xәstәlәr baş ağrılarından,göz dibindә olan ağrılardan şikayәt edirlәr. Sәhәrlәr göz qapaqları şişir. Burunla nәfәsalma çәtinlәşir. Iybilmә itir.
AĞIRLAŠMALARI: meningit, ensefalit, oftalmit, frontit və s.
DİAQNOZ׃ rentgen müayinәsi və kompyuter tomoqrafiya
MǓALİCƏSİ׃ Vaxtında vә düzgün aparılan konservativ müalicә müsbәt effekt verir. Müalicәdә antibiotiklәrdәn,iltihab әleyhinә preparatlardan,damardaraldıcı damcılardan,allergik ,göbәlәk әleyhinә dәrmanlardan istifadә olunur.Haymoritin xroniki formalarında iynә ilә haymor boşluğunun sanasiyası aparılır.