Göz əzələlərinin yorğunluğundan şikayət edirsiniz???
Göz əzələlərinin yorğunluğunu aradan qalıdrmaq üçün 5-7 dəqiqə vaxt tələb olunur.
1 .Gözlərinizi bağlamadan öncə havada 8 rəqəmi yazmağa çalışın,bu hərəkət heç bir sürətli hərəkət olmadan rəvan şəkildə edilməlidir.Bu zaman nəfəsinizin müntəzəm 5-7 dəfə olmasına diqqət edin.
2 .Sağ əlinizi önə açın 5 saniyə ərzində baş barmağınıza baxın.Yavaş olaraq əlinizi sağ tərəfə aparın,bu zaman gözünüzü barmağınızdan çəkməyin.Baş tərpənməz vəziyyətdə sol əl ilə də 5-7 dəfə təkrar edin
3. Uzaqdakı hər hansı 1 obyektə bir neçə saniyə ərzində baxın.Sonra əlinizi qabağa elə qaldırın ki,barmağınız gözünüzdən 25-30 sm aralı olsun.5 saniyə baş barmağın ucuna baxın.Sonra yenidən uzaqdakı obyektə baxın.Bunu 10-12 dəfə təkrar edin.
4. Əlinizi gözünüzdən 25-30 sm uzaqlıqda yuxarı qaldırın.5 san barmaq ucuna baxın,sonra sağ gözünüzü bağlayıb 5 san sol gözlə baxın.Bütün məşq boyu gözünüzü barmaqdan çəkməyin.Məşq 10-12 dəfə təkrar edilir.
Bu məşqləri sistematik etməklə gözünüzün daha yaxşı gördüyünü və yorulmadığını hiss edəcəksiniz.Görməniz tam bərpa olunanadək məşqləri dayandırmayın.