Səhər yuxusundan sonra özünüzü yorğun və halsız hiss edirsiniz?
Səhərlər yuxudan doya bilməyənlər, adətən, qəhvə içərək günə daha enerjili başlamağa çalışırlar. Ancaq bu işdə qoxular da sizə kömək ola bilər. Bəzi qoxular insana enerji verir və onun özünü daha gümrah hiss etməsinə səbəb olur.Qəhvəni əvəz edə biləcək həmin qoxuları təqdim edirik:
1.Portağal - Orqanizmə faydaları saymaqla bitməyən portağalın qoxusu insana enerji verir. Əsəbləri sakitləşdirən bu qoxu stressi azaldır.
2. Nanə - Daha rahat nəfəs almağı təmin edir. Yuxunu qaçırır və baş ağrılarının qarşısını alır.
3. Limon - Bu meyvənin qoxusu da insana enerji verir. Yorğunluğu aradan qaldırır. Dinclik verir. Diqqəti artırır.
4. Evkalipt və rozmarin - Evkaliptlə rozmarin qoxuları oxşardır. Onlar insan orqanizminə oxşar təsir göstərirlər. Evkalipt yağını iyləyən insanın həm zehni, həm də fiziki yorğunluğu aradan qalxır. Rozmarin yağı qoxusu isə insana enerji verməklə yanaşı, yaddaşı da gücləndirir.
5.Qreypfrut - Gümrah hiss etdirir. Depressiya və stressə qarşı faydalıdır. Qreypfrut yağını yorğunluq hissinin olduğu bölgəyə çəkdikdə yaxşı effekt verir.
Sadalanan bitkilərdən istənilən birinin yağını kiçik bir şüşə qaba tökün. İçərisinə qoxunu yayan xüsusi çubuq yerləşdirin. Beləliklə, səhərlər oyananda özünüzü daha gümrah hiss edəcəksiniz.