18 08.2015
Arıqlamaq və kökəlmək istəyənlər bu rəngə diqqət etməli!
Mavinin ən populyar rənglərdən biri olmasına baxmayaraq,qidalarla bağlı mövzularda mavi rəngdən istifadə edərkən diqqətli olmaq lazımdır.Çünki mavi rəng iştah kəsicidir və kökəlmək istəyənlər bu rəngdən uzaq durmalıdır.Çəki problemi olanların evlərini mavi rəngdə boyamaları arıqlamalarına kömək edəcək.Bu səbəbdən kilo problemi olanların xüsusilə də yemək otaqlarını və mətbəxlərini mavi rəngə boyamaları lazımdır.Hətta tava,yemək masası,stol süfrəsi kimi mətbəx vasitələrinin də mavi rəngdə seçilməsi bu işdə sizə kömək olacaqdır.Restoran sahibləri isə mavi rəngdən qaçmalıdırlar.Digər tərəfdən,kökəlmək istəyən hər kəsə mavi rəngdən uzaq olmalarını məsləhət görürük.