• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Piylənmənin təsirindən sıradan çıxan ilk 7 orqan və bunun qarşısını almağın yolları!

Qaraciyər - Bu orqanda ağrı reseptorlari yoxdur və orda baş verən mənfi hadisələri sizlər hiss etmirsiniz.Ağrı yalnız qaraciyərin böyüməsi və ətraf kapsulu sıxılması nəticəsində hiss edilir.Əgər artıq yeməkdən ürəyiniz bulanırsa, qaytarırsınız isə, bilin ki, artıq yeməyi azaltmaq lazımdır.Bu ilkin siqnaldır.Qanda şəkərin miqdarı, qalxanvari vəzilərin funksiyaları, testosteron və xolesterinin səviyyəsi ildə bir dəfə yoxlanılmalıdır.

Ürək və damarlar - İlk öncə brokoli-B,C,D vitaminləri,kalium,maqnezium,fosfor,dəmir mineralları ilə zəngindir və ürək-damar sisiteminin fəaliyyəti üçün olduqca xeyirlidir.Artıq çəkinizin olduğunu bilmək istəyirsinizsə belinizi ölçün və nəticə 90 sm yuxarı olmamalıdır.

Nəfəs sistemi - İnsan kökəldikcə nəfəs yolları darlaşır, nəfəs əzələləri sakitləşəndə isə bu yollar demək olar ki, artıq bağlanır.Nəticədə tam yuxu yata blmirsiniz və gün ərzində yuxulu və halsız olursunuz.Bilin ki,xoruldamaq,təngənəfəslik,pilləkənləri qalxarkən ağırlıq,şişmələr yalnız artıq çəkinin fəsadlarıdır.Bunlar yarandığı zaman pəhrizə oturmalı və həkimə müraciət etməlisiniz.Siqaret və alkoqoldan tamamilə imtina etməlisiniz.

Cinsi orqanlar - Orqanizmdə piyin disbalansı düzgün testosteron istehsalına mane olur.Profilaktika üçün nar yeyin.Nar kiçik çanaqda qan dövranını yaxşılaşdıran antioksidantlarla zəngindir və potensiyanı artıran ən güclü meyvələrdəndir. 

Böyrəklər - Artıq çəki böyrəklərdə daşın yaranmasına səbəb ola bilir.Balqabağa müraciət etməyin vaxtıdır.Tərkibindəki beta-karotin, A,C, E vitaminləri, kalium və pektin böyrəklərdən artıq duzları çıxardır,maddələr mübadiləsini yaxşılaşdırır,su balansını orqanizmdə normalaşdırır.Artıq çəkidən hipertoniya xəstəliyinə əsasən kişilər tutulurlar.Qadınlar isə daha çox şəkər xəstəliyinə meylli olurlar.

Beyin - Piylənmə nəticəsində qan damarları sıxılır və nəticədə beyin fəaliyyəti zəifləyir.Balıq yeyin!Onun tərkibindəki omega3 tıxanmış damarları təmizləyir və beyində qan dövranını yaxşılaşdırır.Tərkibindəki fosfor isə sinir hüceyrələrinə müsbət təsir edir.Stres orqanizmdə insulinin fəaliyyətini pozur ki,nəticədə insan tez-tez acır və yedikcə də doymur.Yekun olaraq, piy qalıqları yaranır və piylənmə prosesi gedir.

Dəri - Artıq piy şişmə əmələ gətirir,düzgün olmayan qidalanma üzünüzdə sızanaqlara səbəb olur.Axşam 6-dan sonra yeməmək lazımdır.Yağlı yeməklərdən uzaq durmalısınız. Yaxşı olar ki,toyuq əti yeyəsiniz.Bitki yağı ilə tərəvəz salatı qəbul etməlisiniz.


1544