Avrasiya Hospitalın Kardiologiya şöbəsinin həkimi Kardioloq-aritmoloq Günay Qasımova
Ürəyin ritm pozğunluğu olaraq bilinən aritmiya ürəyin nizamsız işinə verilən addır. Dəqiqədə təxminən 60-100 arası ürək atış sayının üstündəki və ya altındakı nisbətlər ritm pozğunluğu olduğunu göstərir. Həmçinin ürəkdəki nizamsızlıq, atım sürəti və ya aralığında dəyişmə və ya hər ikisi ilə birlikdə meydana gələ bilər. Aritmiyaları üzə çıxarmağın müxtəlif müayinə yolları var. İlk növbədə ən sadə üsul Elektrokardioqrammadır. Bu müayinə kardioqramma çəkilən anda aritmiya mövcuddursa aktualdır, əgər o anda aritmiyanız yoxdursa o zaman Holter müayinəsi bizim köməyimizə gələ bilər.Aritmiyanın ürəklə əlaqədar xəstəliklərində mütləq müayinə metodundan biri də Exokardioqrafiyadır.Bəzi hallarda proses daha mürəkkəb olduqda, ya aritmiya göstərdiyimiz üsullarla müəyyənləşmədikdə biz Elektrofizioloji müayinə deyilən bir üsula əl atırıq. Bu kiçik invaziv üsuldur. Dərman müalicəsi ilə kontrol altına alına bilməyən aritmiyalar Ablasiya dediyimiz əməliyyatla birdəfəlik aradan qaldırıla bilir.
Sağlam ürək sağlam həyat deməkdir.Ürəyinizin sağlam, ömrünüzün uzun olmasını istəyirsinizsə Avrasiya Hospitalın Kardiologiya şöbəsinə etibar edin!
Əlaqə: 1116
Mobil və Whatsapp: (+994)55 979-01-01