• AZ
  • RU
  • EN
  • Tel: +99412 1116
  • hospital@avrasiya.az

Skleroz ilə mübarizə aparmağın yolları: Top 5 üsul!

Bənövşəyi açarlar - Ev və ya maşın açarlarınıza baxarkən üzərində bənövşəyi xəttlər təsəvvür edin və ya üzərində bənövşəyi xəttlər çəkin, və ya yapışdırın. Bənövşəyi rəng beynin bir hissəsinin fəaliyyətinə təsir edən hippokampın işini stimullaşdırır. Hippokamp müvəqqəti yaddaşın uzunmüddətli yaddaşa keçidini təmin edir.

Yol işarələri  - Sükan arxasında qarşınıza müxtəlif yol işarələri çıxır. Onlara baxarkən çalışın həyatınızdan məqamları yada salasınız. Bu zaman sizlər beynin sol məntiq yarımkürəsi ilə yaradıcı sağ yarımkürəsinin əlaqəsini gücləndirmiş olacaqsınız. Amma çalışın yol qəzasının səbəbkarı olmayasınız.

Təsəvvür ardıcıllığı - Byuzen məsləhət görür ki, yaddaşı təsəvvür ardıcılığı ilə məşq elətdirəsiniz. Misal üçün, əgər sizə istidirsə özünüzə günəşi təsəvvür edin, onun isti şuaları altında evdəki istilik ölçənin partladığını və civənin yerə dağıldığını təsəvvür edin. Belə məşqlər baş beynin sağ qabığında elektrik impulsların keçməsini gücləndirir, yaddaşı məşq elətdirir.

Həndəsə - Özünüzə rənbərəng həndəsi fiqurları təsəvvür edin. İlk əvvəl 5 fiqur kifayətdir. Onların formasını, rəngini və ardıcılığını yadda saxlayın və bir müddət sonra yada salmağa çalışın. Alındıqca fiqurların sayını artırın. Bununla da yadaşınızın həcmini artırmış olacaqsınız.

Assosiasiya və mobil siferblat - Əgər yaddaşınız zəifləyibsə onda Byuzen məsləhət görür ki, faktları həyatınızdakı olmuş hadisələrlə assosiasiya edəsiniz. Rəqəm və tarixlərə gəldikcə mobil siferblatı özünüzə təsəvvür edin.


1494